R 22

FIFA prezidenti Canni İnfantino dünya çempionatının keçirilmə hüquqlarının bir hissəsinin satılması planı ilə bağlı yaranan mübahisələrə görə təşkilatın Şura üzvlərindən üzr istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məlumata görə, İnfantino Şura qarşısında çıxışı zamanı tənqidçilərindən üzr istəsə də, dünya çempionatının keçirilmə hüquqlarının satılması planı və ABŞ millisinin hücumçusu Folarin Baloqanın qırmızı vərəqəsinin ləğvi məsələləri barədə əlavə açıqlama verməyib.

Bildirilir ki, avropalı futbol rəsmiləri FIFA rəhbərindən bu məsələlərə aydınlıq gətirməsini gözləyiblər. Lakin İnfantino onlara suallarını yazılı şəkildə göndərməyi təklif edib.

FIFA-nın vitse-prezidenti Debbi Hyuit isə bildirib ki, Canni İnfantino yaranan suallara cavab verməlidir. Onun sözlərinə görə, FIFA prezidenti bu məsələlərə aydınlıq gətirməsə, tutduğu vəzifəyə uyğunluğu sual altına düşəcək.

Paylaş: