Ukrayna hərbçiləri “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin bütün ehtiyatını istifadə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, sonuncu hücum zamanı atılan ballistik raketlərin demək olar ki, hamısı raket çatışmazlığı səbəbindən ələ keçirilə bilməyib.
CNN qeyd edir ki, Kiyev ilk dəfə deyil belə vəziyyətlə üzləşir.
Telekanal xatırladır ki, bu tip raketlərin istehsalı böyük maliyyə vəsaiti tələb edir. ABŞ ilə İran arasında silahlı münaqişə fonunda bir sıra ölkələrin raket ehtiyatları da azalıb.
“Patriot” Rusiya ballistik raketləri də daxil olmaqla müxtəlif hava hədəflərini yüksək ehtimalla zərərsizləşdirmək qabiliyyətini nümayiş etdirən hava hücumundan müdafiə sistemlərindən biridir. Kiyev dəfələrlə bu sistemlər üçün raket çatışmazlığı ilə üzləşdiyini bəyan edib.
PAC-3 raketləri yüksək qiymətinə baxmayaraq, dünya bazarında böyük tələbat görür. İstehsalçı “Lockheed Martin” şirkəti isə mövcud tələbatı tam ödəyə bilmir.
Bu raketləri Ukrayna ilə yanaşı ABŞ hərbçiləri, İsrail, ABŞ-ın ərəb müttəfiqləri və Avropa ölkələri də alır.
CNN-in məlumatına görə, ABŞ hərbçiləri İranla münaqişə zamanı bu tip döyüş sursatlarının böyük hissəsindən istifadə ediblər.
Əliyar Xəlil