“Avropada prioritet Ukraynada döyüşlərin dayandırılmasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Mertz deyib.

O bildirib ki, Kiyevə sülhməramlıların yerləşdirilməsi hələ müzakirə olunmur.

“Növbəti addım sülh danışıqlarının formatını dəqiq müəyyən etmək, eləcə də Ukraynanın təhlükəsizlik zəmanətləri olmalıdır. İndi qoşunlar haqqında danışmaq üçün heç bir səbəb yoxdur, biz bundan uzağıq”, – deyə o əlavə edib.

Kanslerin sözlərinə görə, Ukrayna və Rusiya arasında mayın 16-da İstanbulda baş tutan görüş gözlənilənləri doğrultmayıb:

“Buna görə də Moskvaya təzyiqlər artırılmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: