image 152

Rusiyalı jurnalist Aleksandr Nevzorov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Monitorinqi Xidmətinin (“Rosfinmonitorinq”) rəsmi saytında məlumat dərc olunub.

Qeyd edək ki, Nevzorov daha əvvəl Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə daxil edilib. O və həyat yoldaşı Lidiya Nevzorova Rusiyada ekstremist birlik kimi tanınıblar.

2024-cü ilin iyulunda Sankt-Peterburqun Oktyabr Rayon Məhkəməsi Aleksandr və Lidiya Nevzorovları ekstremist birlik kimi tanıyaraq onların Rusiyada fəaliyyətini qadağan edib.

Paylaş: