
Paytaxtın Əliyar Əliyev küçəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, qəzaya səbəb avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.
Nəticədə 77-AC-761 dövlət nömrə nişanlı “Changan” markalı avtomobil aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Zaira Akifqızı,
Globalinfo.az