
Rusiyada daha bir neft emalı zavodu vurulub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyanın Krasnodar diyarına təşkil etdiyi kütləvi hücum nəticəsində Slavyansk-na-Kuban şəhərində yerləşən neft emalı zavodunda güclü yanğın baş verib”, – deyə qeyd edilib.
Bildirilib ki, hücum zamanı bir nəfər həlak olub:
“Bundan başqa, elektrik ötürücü xətlərinə və qaz kəmərinə də ziyan dəyib.
Hadisənin vurduğu ümumi zərərin həcmi hələlik açıqlanmayıb”.
Məlumata görə, zərər görən müəssisə “Slavyansk EKO” şirkətlər qrupuna daxildir.
Zavod ildə təxminən 3 milyon ton neft emal edir, mazut, nafta və gəmi yanacağı istehsal edən regionun iri neft emalı müəssisələrindən hesab olunur.
Safura Bənnayeva
Globalinfo.az