thumbs b c 603d1a25eba103593766fe9fe5552670

Vladimir Medinski Cenevrədə keçirilən Ukrayna üzrə danışıqların gedişatı barədə Vladimir Putinə məruzə edib və onun qərarını gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Peskov müxbirlərin bununla bağlı sualına qısa şəkildə “Bəli” cavabını verib və Medinskinin dövlət başçısını danışıqların detalları barədə məlumatlandırdığını təsdiqləyib.

Xatırladaq ki, Ukraynadakı münaqişənin nizamlanmasına dair növbəti danışıqlar 17–18 fevral tarixlərində Cenevrə şəhərində keçirilib. Görüşlərdə Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər münaqişənin həlli yollarını, mümkün atəşkəs mexanizmlərini və diplomatik təmasların davam etdirilməsi perspektivlərini müzakirə ediblər. Danışıqların nəticələri ilə bağlı rəsmi yekun bəyanat hələlik açıqlanmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: