Çinin şimal-qərbində yerləşən Tsinxay bölgəsində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkələr Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntı barədə hələlik məlumat verilməyib.