media 1668583369 dollar4 j3sigx 900x565 2

2025-ci ildə Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6948 manatdan alıb, 1,7018 manata satıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik idarəetmə hesabında yazılıb.

Beləliklə, banklar hər 100 ABŞ dollarının alqı-satqısından 70 qəpik gəlir əldə edib.

“İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdankənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib və gündəlik orta hesabla 1,7 manat təşkil edib.

Kommersiya banklarının müəyyən etdiyi xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda formalaşıb”, – deyə qeyd edilib.

Paylaş: