ABŞ-ın Rusiyaya qarşı addımı bəzi ölkələri qorxuya saldı

1714587703 sanksiya

ABŞ-ın Rusiyaya qarşı genişmiqyaslı sanksiyaları rezervlərini dollarla saxlayan ölkələrin ona etimadını azaldır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Canet Yellen deyib.

“Dollar 2022-ci ildə rezerv valyuta kimi bazarda böyük itkilərə məruz qalıb. Bu, böyük ehtimalla sərt sanksiyaların tətbiqi ilə bağlıdır. ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı sanksiyaları böyük ölkələri – rezervlərini dollarla saxlayanları qorxudub” – o bildirib.

Yellenin sözlərinə istinad edən “Asia Times” saytı onun hələ 2022-ci ildəki sözlərini xatırladıb. Belə ki, həmin tarixdə Yellen dollara yaxın zamanlarda yeni rəqibin olmayacağını deyib.

“Asia Times” istənilən halda dünyanın dollardan tam imtina etmək gücündə olmadığını etiraf edib:

“Ağ Ev dollara etimadı təhdid altında qoyub. Bayden komandasının Rusiyanın valyuta rezervlərinin bir hissəsini dondurması, bir çox dünya investorları üçün sərhədin keçilməsi demək idi”.

Əliyar Xəlil

Globalinfo.az