putin

Rusiyada 2026-cı ilin ilk rübündə hərbi xərclərin federal büdcə gəlirlərindəki payı rekord həddə artıb və 65,3 faizə çatıb.

Globalinfo.az xəbər verir ki, almaniyalı tədqiqatçı Yanis Kluqenin hesablamalarına görə, yanvar-mart aylarında büdcəyə 8,3 trilyon rubl daxil olduğu halda, müharibəyə 5,9 trilyon rubl xərclənib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz, müharibədən əvvəlki 2021-ci illə müqayisədə isə 5 dəfə çoxdur.

Ekspert qeyd edir ki, vergi artımlarına baxmayaraq, müharibənin maliyyələşdirilməsi büdcə gəlirlərinin getdikcə daha böyük hissəsini tutur. Əgər 2021-ci ildə hərbi xərclərin payı 18,4 faiz idisə, bu göstərici 2025-ci ildə 43,3, 2026-cı ilin ilk rübündə isə 65,3 faizə yüksəlib.

Kluqe hesab edir ki, xərclərdəki sıçrayışın səbəblərindən biri ötən ilə aid bəzi ödənişlərin 2026-cı ilin büdcəsinə keçirilməsidir. Nəticədə hərbi xərclər planlaşdırılan 6,8 faiz əvəzinə ÜDM-in təxminən 12 faizinə çatıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: