porosenko fikirli

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey Poroşenko hərbi komissarlığa gəlmədiyi üçün axtarışa verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Bildirilir ki, Aleksey iki dəfə – sentyabrın 4-də və oktyabrın 21-də hərbi komissarlığa çağırılıb, lakin o, hər iki çağırışa məhəl qoymayıb. Məlumata görə, o, ehtiyatda olan leytenantdır.

Qeyd olunub ki, Aleksey Poroşenko həyat yoldaşı və iki uşağı ilə birlikdə ya Londonda, ya da Sinqapurda yaşayır. O, atasından miras qalan Ukraynada yerləşən ailə biznesini uzaqdan idarə edir.

4e4323fa 6d97 4ae3 8b4d 1ad52c07bc69

Paylaş: