Azov dənizində yük gəmilərinə dron hücumunda həlak olmuş Azərbaycan vətəndaşı, gəmi kapitanı Fuad Orucov dəfn edilib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, Fuad Orucovun nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib. Mərhumla əvvəlcə yaşadığı evdə vida mərasimi keçirilib.
Daha sonra Fuad Orucov doğulduğu Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, iş yoldaşları, dostları və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, Fuad Orucov Azov dənizinin Taqanroq körfəzində yük gəmisinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum zamanı həlak olub.
X X X
Azov dənizində PUA hücumu nəticəsində ölən gəmi kapitanı Rəcəb Əhədov dəfn olunub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, Rəcəb Əhədovun nəşi doğulduğu Neftçala rayonuna gətirilib. Onunla vida mərasimində gəmi kapitanının ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Rəcəb Əhədov rayonun Yenikənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Neftçala şəhər sakini, 1976-cı il təvəllüdlü Rəcəb Firudin oğlu Əhədov uzun zamandır gəmi kapitanı kimi çalışıb.





