ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran nüvə sazişinin imzalanmasına çox yaxınlaşıb.
O, “NBC News” telekanalına müsahibəsində tərəflər arasında razılaşdırılmalı olan cəmi bir neçə məsələnin qaldığını bildirib.
“Biz razılaşmaya çox yaxınıq. Həll edilməli bir neçə məsələ qalıb və görünür ki, bunlar böyük problemlər deyil. Onlar nüvə silahına malik olmayacaqlarını qəbul ediblər”, – deyə Tramp İranla mümkün sazişin vaxtı ilə bağlı sualı cavablandırarkən bildirib.
ABŞ lideri danışıqların müsbət istiqamətdə davam etdiyini vurğulasa da, razılaşmanın nə vaxt imzalanacağı ilə bağlı konkret tarix açıqlamayıb.
***18:57
ABŞ Prezidenti Donald Tramp İranın yeni ali rəhbəri Müctaba Xamenei barədə danışarkən onun sələfindən daha praqmatik mövqe nümayiş etdirdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bunu yerli televiziya kanallarından birinə müsahibəsində bildirib.
Tramp qeyd edib ki, Vaşinqton və Tehran arasında müəyyən razılaşma əldə etmək üçün şərait yaranarsa, birbaşa dialoq imkanlarını nəzərdən keçirməyə hazırdır.
Bununla belə, o vurğulayıb ki, hazırda tərəflər arasında rəsmi təmaslar və ya danışıqlar aparılmır.
Tahir Turan
Globalinfo.az