ayin

Rumıniyanın Sibiu vilayətindəki Prod yaşayış məntəqəsi yaxınlığında 34 yaşlı kişinin meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, onun üzərində ayı hücumuna bənzər xəsarət izləri olub.

“Polisin məlumatına əsasən, mərhum yerli sakindir və hücum kəndin kənarında baş verib.

Fövqəladə xidmətlər hadisə yerinə cəlb olunub, lakin onun həyatını xilas etmək mümkün olmayıb”, – deyə bildirilib.

Sibiu Rayon Polisi hadisənin bütün şəraitini və ölümün dəqiq səbəbini müəyyən etmək üçün araşdırma aparır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: