img 6 1750005777

“Yerusəlim Post” yazır ki, İranın ballistik raket zərbəsi nəticəsində ölənlərin sayı 5-ə çatıb.

***

İranın İsrailin cənubuna endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 20-dən çox insan xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS İsrailin təcili tibbi yardım xidmətinə istinadən məlumat yayıb.

İran bu səhər İsrailin cənubuna ümumilikdə altı raket atıb. Raketlərdən biri Beer-Şeva şəhərində yaşayış evinə düşüb.

***08:05

İsrail ərazisi İranın ballistik raket hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

Məlumata görə, raketlərdən biri Beerşeba şəhərindəki 7 mərtəbəli yaşayış binasına düşüb.

Hadisə nəticəsində həyatını itirənlərin və yaralananların olduğu qeyd olunur.

Paylaş: