WhatsApp Image 2026 06 03 at 10.24.51

“2025-ci ildə “PAŞA Kapital”ın Bakı Fond Birjasında həyata keçirdiyi əməliyyatların həcmi 44,7 milyard manata çatıb. Bu, birjanın ümumi ticarət dövriyyəsinin təxminən 42%-ni təşkil edib”.

Globalinfo.az xəbər verir ki, bunu şirkətin Baş direktoru İsi Mustafayev 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il BFB-yə üzv investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsi 105,7 milyard manat olub:

“Bu məbləğin 81,4 milyard manatı repo əməliyyatlarının, 18,7 milyard manatı dövlət istiqrazlarının, 4,2 milyard manatı Mərkəzi Bankın qiymətli kağızlarının, 1,4 milyard manatı isə korporativ istiqrazların payına düşüb”.

Baş direktor qeyd edib ki, “PAŞA Kapital”ın ticarət dövriyyəsi bir il ərzində 67% artaraq 26,8 milyard manatdan 44,7 milyard manata yüksəlib.

Ləman İmran
Globalinfo.az

Paylaş: