
“Ermənistan yalnız məsələ kritik həddə çatarsa, Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim barədə düşünəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanın Aİİ-dən çıxması məsələsi gündəmdə deyil.
“Bizim Avrasiya İqtisadi İttifaqı ilə əlaqələri qırmaq niyyətimiz yoxdur. Buna görə də hər hansı iqtisadi hesablamalara ehtiyac görmürük”, – deyə Qriqoryan bildirib.
Safura Bənnayeva
Globalinfo.az