Qarabağda ləğv edilmiş qondarma qurumun son “başçısı” Samvel Şahramanyanın telefonu istintaq orqanları tərəfindən müsadirə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Onun vəkili Roman Yeritsyan bildirib ki, hərbi istintaq orqanları 2023-cü il 24 sentyabrda Xankəndidə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı araşdırma aparır:
“İstintaq bu hadisə ilə əlaqəli məlumatları araşdırsa da, müsadirə olunan telefonun istehsal tarixi 2025-ci ildir.
2008-ci ildə xidməti məqsədlə ayrılmış mənzilin boşaldılması barədə bir sıra keçmiş yüksək vəzifəli şəxslərə bildirişlər göndərilib. Həmin mənzilin hazırda Ermənistanda yaşayan ailə üçün yeganə yaşayış yeri olduğu qeyd edilir. Bu kimi proseslər bir neçə keçmiş “artsax” məmura da şamil olunur”.
Safura Bənnayeva
Globalinfo.az