Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya lideri təxminən 11 saat danışıqlarda, görüşlərdə və müxtəlif protokol tədbirlərində iştirak edib.
Pekin Hava Limanına çatdıqdan sonra onun üçün qısa vida mərasimi təşkil olunub. Fəxri qarovul dəstəsi düzülüb, Çin məktəbliləri və tələbələr bayraqları dalğalandıraraq Rusiya lideri ilə vidalaşıblar.
Əliyar Xəlil