Qəzza xəstəxanasında baş verən güclü partlayış Fələstin anklavından uğursuz raket buraxılışının nəticəsidir və buna görə “İslami Cihad” qruplaşması məsuliyyət daşıyır.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
“Müxtəlif mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” qruplaşması Qəzzada uğursuz raket atışı səbəbindən xəstəxananın vurulmasına görə məsuliyyət daşıyır”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Qəzzadakı baptist xəstəxanısına raket zərbəsi nəticəsində 600-dən çox insanın öldüyü bildirilir. Bir çox müsəlman ölkələrinin rəsmiləri və ictimaiyyəti baş verənlərdə İsraili günahlandırırlar. Hazırda həmin ölkələrdə anti-İsrail nümayişləri keçirilir.