tramp 5

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı birgə çıxış etməyi təklif kimi irəli sürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, Tramp Çində keçirilən görüşdə Vaşinqton, Pekin və Moskvanın BCM-lə bağlı ortaq maraqlara malik olduğunu bildirib. Rusiya və Çin BCM-in yurisdiksiyasını tanımır.

Xatırladaq ki, məhkəmə daha əvvəl Vladimir Putin, eləcə də İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs orderi çıxarıb. Bundan sonra Tramp BCM-ə qarşı sanksiyalar tətbiq edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: