“Dünya Kuboku oyunlarına biletlər bahadır, almayacam”.
Globalinfo.az xəbər ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, ABŞ və Paraqvay arasındakı oyun üçün biletlərin qiyməti təxminən 1000 dollardır:
“Mən bu məbləğdən xəbərsiz idim. Əlbəttə ki, orada olmağı çox istərdim, amma açığı, deyilən pulu da verməzdim”.
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.
Oyunlar üç ölkənin – ABŞ, Kanada və Meksikanın stadionlarında keçiriləcək.
Biletlərin qiyməti 100 dollardan 6370 dollara qədər dəyişir.
Əliyar Xəlil
Globalinfo.az