silah

ABŞ Dövlət Departamenti bir neçə ölkəyə böyük həcmdə silah satışını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Paketin ümumi dəyəri 8 milyard dollardan çox qiymətləndirilir. Satış paketinə İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt daxildir.

Bu qərar regionda hərbi balans və təhlükəsizlik siyasəti baxımından diqqət çəkən addımlardan biridir”, – deyə qeyd edilib.

Xatırladaq ki, İran ABŞ-la müharibə zamanı sözügedən ölkələrdəki hədəflərə də zərbələr endirmişdi. Bu baxımdan silah satışının təsdiqlənməsi İranla növbəti toqquşmaya hazırlıq kimi dəyərləndirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: