
“İranın raket buraxılış qurğuları ABŞ hərbi gəmilərini hədəfə alıb”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rəzai deyib.
O bildirib ki, Tehran bu gəmilərin hamısını batırmağa hazırdır:
“ABŞ-ın dəniz blokadası planları uğursuzluğa məhkumdur. Vaşinqtonun İranla müharibəni dayandırmaq niyyəti yoxdur. ABŞ İsfahana desant qüvvələri çıxarmağı və İranın uran ehtiyatlarını ələ keçirməyi planlaşdırıb”.
Safura Bənnayeva
Globalinfo.az