trky

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə 4 nəfərin həyatına qəsd edib özünü də öldürən şagirdin atası Uğur Mersinli saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

***15:50

Türkiyədə məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb.

Globalinfo.az bildirir ki, hücumu törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

O, atasına məxsus silahlarla iki sinif otağına atəş açıb.

X X X

Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kahramanmaraş valisi bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.

Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi qeyd olunub.

Hadisə nəticəsində yaralananların sayı 20-yə çatıb.

***15:28

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.

***15:11

Türkiyədə məktəbə silahlı hücum olub.

Globalinfo.az bildirir ki, hadisə Kahramanmaraşda baş verib.

Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Paylaş: