ali mehkeme

Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə Globalinfo.az-a məhkəmədən məlumat verilib.

Məlumata görə, iclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” qərar layihəsi müzakirə olunaraq təsdiq edilib.

Həmçinin Ali Məhkəmənin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair Plenumun Qərar layihələrinin müzakirəsi aparılıb.

Sonra 2025-ci ildə Bakı Kommersiya Məhkəməsində, eləcə də Gəncə Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

img 8551jpg img 8521 1jpg img 8467jpg img 8488 2jpg img 8524jpg img 8601jpg img 8595jpg

Paylaş: