Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazerra” məlumat yayıb.
“2000-dən 3000-ə qədər gəmi Hörmüz boğazının arxasında qalıb və keçə bilmir”, – deyə bildirilib.
Məlumata görə, martın 1-dən bəri Hörmüz boğazında dəniz hərəkəti 94 faiz azalıb:
“Gündəlik təxminən 100 gəmi keçirdi, lakin indi İran tərəfindən müəyyən edilmiş marşrutlarla yalnız bir neçə gəmi hərəkət edir”.