Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub.
Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərdən 6 nəfəri əvvəllər hakim olmuş şəxslərdir. Vəkil olmaq istəyən keçmiş hakimlər aşağıdakılardır:
1. Tağızadə Mirzə Nəsib oğlu
2. Pənahov Füzuli Novruzəli oğlu
3. Kərimov Novruz Ağakərim oğlu
4. Hüseynov Cavid İbadulla oğlu
5. Sadıqov Anar Böyükkişi oğlu
6. Abdullayev Coşqun Şamil oğlu
Qeyd edək ki, imtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığına dair rəyini alan ümumilikdə 66 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb. Vəkilliyə namizədlərin icbari təlimi aprelin 6-da saat 10:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.