1713120969 daqn fotosu

Əfqanıstanın bir neçə bölgəsində baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin mətbuat katibi Yusuf Hammad bildirib.

Həmçinin qeyd olunur ki, əlverişsiz hava şəraitinin fəsadları nəticəsində 26 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayı arta bilər.

Fəlakətin nəticələri Əfqanıstanın 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzi və şimal-qərb ərazilərinə təsir edib.

Paylaş: