69c6bcf5e9bc769c6bcf5e9bc8177463218169c6bcf5e9bc569c6bcf5e9bc6

Naftalan şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

    Hərəkətdə olan “VAZ 2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev hadisə yerində həyatını itirib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

    Paylaş: