Komandanın sözlərinə görə, artıq bir tondan kiçik döyüş başlıqları olan raketlərdən istifadə edilməyəcək. O qeyd edib ki, qarşıdakı mərhələdə hücumların intensivliyi və miqyası artacaq.
“Artıq bir tondan kiçik döyüş başlıqları olan raketlər buraxmayacağıq. Atışların tezliyi artacaq, zərbələrin miqyası və diapazonu daha genişlənəcək”, – deyə o bildirib.
Komandan əlavə edib ki, raket zərbələri planlı şəkildə davam etdiriləcək və əməliyyatların növbəti mərhələsində daha geniş hədəf spektri nəzərdən keçirilir.