Çexiya Ukraynaya F-16 simulyatoru verdi

Çexiya Ukraynaya F-16 döyüş təyyarələrində pilotların hazırlığı üçün uçuş simulyatoru verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

İyul ayında Çexiyanın Baş naziri Petr Fiala bəyan etmişdi ki, Praqa F-16 qırıcı pilotlarının Ukraynada təlim keçməsi üçün Kiyevə uçuş simulyatorları verəcək.

Bundan əvvəl müdafiə nazirinin strategiya, planlaşdırma və imkanlar üzrə köməkçisi Mara Karlin bildirmişdi ki, Qərb ölkələri Ukraynaya F-16 qırıcılarını yalnız bu ölkənin hərbçiləri onlardan istifadə etmək üçün təlim keçdikdən sonra verəcəklər.