lukasenko 1

“Heç kimin dollara ehtiyacı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, bu barədə Belarus xarici işlər naziri Maksim Rıjenkovu qəbul edərkən danışıb:

“Mən tez-tez Omanı nümunə kimi göstərirəm. Üstəlik, onlar ticarəti yaxşı bacarırlar, onlarla əməkdaşlıq etmək, investisiya qoymaq lazımdır. Xüsusilə də, hazırkı vəziyyətdə – dolların artıq heç kimə lazım olmadığı vaxtda”.

Belarus Prezidenti vurğulayıb ki, Afrika gələcəyin sahibidir:

“Amma ən əsası, unutmamalıyıq ki, biz imperiya deyilik, amerikalı deyilik. Maraqlandığımız ölkələrdə işləmək üçün möhkəm dayaqlarımız olmalıdır. Ən vacib şey budur”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: