merz 321 1737473484 1745410642 900x506 2

Avropa Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ-la eyni masada oturmağa hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Ondan sələfi Angela Merkelin Rusiya ilə danışıqlar aparacaq mümkün namizəd kimi qiymətləndirilməsi barədə fikri soruşulub. Lakin Merz sualı cavablandırmaqdan imtina edib.

Kansler deyib ki, vasitəçi təyin olunmazdan əvvəl Moskva danışıqlara hazır olmalıdır.

“İndiyə qədər Rusiya danışıqlar üçün hər bir təklifə mülki infrastruktur da daxil olmaqla daha qəddar hücumlarla cavab verib”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Angela Merkel artıq Rusiya ilə Avropa arasında danışıqlarda vasitəçi olmaqdan imtina edib.

O, Ukraynadakı münaqişənin həllinin hazırkı dövlət və hökumət başçılarının vəzifəsi olduğunu bildirib:

“Rusiya Prezidenti Vladimir Putinlə dialoq siyasi güc tələb edir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: