İrana qarşı hərbi əməliyyatın başlamasından bəri ilk dəfə olaraq İsrail hava məkanını uçuşlar üçün qismən yenidən açıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, uçuşlar İsrailin “El Al”, “İsrair” və “Arkia” aviaşirkətləri tərəfindən həyata keçirilir.
“Təyyarədəki bütün yerlərin təxminən 15%-i humanitar və müstəsna hallar üçün ayrılacaq”, – deyə qeyd edilib.