“Ermənistanın sabiq prezidenti Serj Sərkisyan artıq siyasi keçmişdir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, Sərkisyan artıq siyasi xadim kimi mövcud deyil və bundan sonra da ola bilməz:
“Həmin şəxs cəmiyyət tərəfindən rədd edilib və tarixdə də rədd edilmiş olaraq qalacaq”.