putin 3

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin təhlükəsizlik məsələləri haqda danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ukrayna ilə müharibənin dördüncü ildönümündə çıxış edib.

“Digər hüquq-mühafizə orqanları ilə birlikdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB), Müdafiə Nazirliyinin əməkdaşları, müdafiə sənayesi müəssisələri, dövlət və bələdiyyə qurumları, eləcə də təhsil və sosial sahədə çalışan şəxslər üçün mühafizə səviyyəsini artırmalı, təhlükəsizlik məsələsi gücləndirilməlidir. Bu, daim Kiyev rejimi tərəfindən təhdid edilən vətəndaşlara tam şəkildə aiddir”, – o bildirib.

Putin kritik infrastruktur obyektlərinə, ictimai və inzibati binalara, həmçinin yaşayış məntəqələrinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumların əhəmiyyətli dərəcədə artdığını əlavə edib:

Ukrayna döyüş meydanında Rusiyaya qarşı strateji məğlubiyyətə nail ola bilmədikdən sonra təxribat və dövlət, eləcə də hərbi rəsmilərə qarşı sui-qəsdlərə əl atır. 2025-ci ildə terror aktlarının sayı artıb və onların əksəriyyəti şübhəsiz ki, Ukrayna kəşfiyyat xidmətləri və xarici himayədarları tərəfindən törədilib”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: