Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 14-ü saat 07:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərindən təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2025-ci il təvvəllüdlü körpənin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb”.
X X X
Abşeronda 1 yaşlı körpə ölüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yanvarın 14-ü, 2025-ci il təvəllüdlü Arif Osmanzadə yaşadığı Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyi, ev 42 mənzil 69-da inkişafdan qaldığı üçün ölüb.
Araşdırmalar aparılır.