qeza 998

Tovuzda qəza baş verib.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.

    Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub, “Opel” piyada səkisinə çırpılıb.

    Hadisə nəticəsində “VAZ -2104” markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb, yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Paylaş: