tia 7966ab3c601f0a07d1e130a879da5eda i9bqsezwmora42gv7nh5

Hərbi ekspert Vasili Dandıkin Rusiyanı Yeni il bayramı ərəfəsində ayıq-sayıq olmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, o, Ukraynanın kütləvi hava hücumu planlaşdıra biləcəyini istisna etməyib.

Dandıkinin sözlərinə görə, bayram günləri risklidir və bu dövrdə təhlükəsizlik tədbirləri maksimum səviyyədə saxlanılmalıdır.

Ekspertin fikirləri hərbi müxbir Yuri Kotenokun daha əvvəl səsləndirdiyi iddialarla da üst-üstə düşür. Kotenok Ukrayna Silahlı Qüvvələrinin Rusiya bölgələrinə hücumları müvəqqəti dayandırmasının genişmiqyaslı hücum hazırlığının əlaməti ola biləcəyini deyib.

“Hərbi obyektlərin, neft emalı zavodlarının və strateji əhəmiyyətli digər məkanlardakı hərbçilərimiz hazır olsun. Düşünürəm ki, Yeni İl günü və ya həmin ərəfələrdə ukraynalıların dəhşətli hücum planları var”, – deyə o bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: