“Avropa İttifaqının (Aİ) Ukraynaya sıfır faizli kredit vermək qərarı Rusiya Prezidenti Vladimir Putinə siqnaldır”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Ukrayna üçün maliyyə paketi hazırdır: Kiyev təklif etdiyim kimi 90 milyard avro faizsiz kredit alacaq. Bu, Avropadan Putinə açıq bir mesajdır”, – deyə o yazıb.
Almaniya hökumətinin başçısı vurğulayıb ki, Moskva Kiyevə kompensasiya ödəyənə qədər Aİ Rusiya aktivlərini dondurulmuş saxlayacaq.
Əliyar Xəlil
Globalinfo.az