Moskva Rusiya-Ukrayna münaqişəsinin kök səbəblərini diplomatiya yolu ilə həll etməyə üstünlük verərdi, lakin danışıqlardan imtina edilərsə, Rusiya hərbi əməliyyatlara əl atacaq.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.
O bildirib ki, Ukraynanın arxasında NATO ölkələrinin potensialı, o cümlədən genişmiqyaslı hərbi yardım, kəşfiyyat məlumatlarının ötürülməsi, təlimatçıların və muzdluların iştirakı durur.
Putin həmçinin vurğulayıb ki, Rusiyanın strateji nüvə qüvvələri dünyada çəkindirmə və güc balansının qorunmasında əsas rol oynayacaq.