Rusiya Silahlı Qüvvələrinin bölmələri Donetskdə yerləşən Serebryanka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Globalinfo.az xəbər verir ki, bu məlumat Ukraynaya məxsus “Deep State” analitik portalı tərəfindən də təsdiqlənib.
Bildirilir ki, Serebryanka Ukrayna qüvvələri üçün əsas müdafiə xətlərindən biri olub. Yaşayış məntəqəsinə nəzarətin itirilməsi Rusiya qüvvələri üçün Donbasda mühüm strateji istiqamətlərdən sayılan Seversk şəhərinə çıxış imkanı yaradıb.
Qeyd olunur ki, Seversk Donbasda möhkəmləndirilmiş son əsas müdafiə nöqtələrindən biri hesab olunurdu. Dekabrın 11-də Rusiya tərəfi Seversk üzərində nəzarətin ələ keçirildiyini açıqlamışdı.
Bu addımın Slavyansk–Kramatorsk istiqamətində mümkün əməliyyatlara hazırlıq baxımından əhəmiyyət daşıdığı bildirilir.
Tahir Turan
Globalinfo.az