Zelenski masin 1 12 900x600 1

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini nizamlanma şərtlərini qəbul etməməkdə günahlandıraraq kəskin mesaj göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində paylaşım edib.

Filippot yazıb ki, Trampın açıqlamaları Zelenskiyə “son zərbə” kimi qiymətləndirilə bilər və Amerika lideri eyni zamanda Avropa ölkələrinə də ciddi xəbərdarlıq edib.

Tramp indicə Zelenskiyə son zərbəni vurdu! Çox ciddi zərbə!” – siyasətçi yazıb.

“Politico”ya müsahibəsində Donald Tramp Zelenskini istənilən vaxt hər şeyi sata bilən səyyar sirk təşkilatçısı P. T. Barnumla müqayisə edib. Tramp qeyd edib ki, Ukrayna prezidenti hələ də ABŞ-ın təqdim etdiyi sülh təklifinə münasibət bildirməyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: