Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda çətin seçim qarşısındadır, o, yaxınlaşan seçkilərdə iştirak üçün hakim Mülki Müqavilə Partiyasından 30 namizəd seçməlidir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Paşinyan hakim komandanın dəstəkləmədiyi bir sıra şəxsləri özü siyahıya daxil edir. Bunlara ABŞ-dakı keçmiş səfir Lilit Makunts və MAriya Karapetyan daxildir. Lakin digər tərəfdən, İrəvan meri Tiqran Avinyan, parlamentin hazırkı sədri Alen Simonyan və digər bir neçə nəfəri yeni hökuməti formalaşdırarkən indikindən daha aşağı vəzifələrə yerləşdirməyi planlayır. Bu səbəbdən, onların siyahıya hansı formada salınması ilə bağlı çətin seçim qarşısındadır.
Maraqlıdır ki, baş nazirin Avinyanla son aylarda münasibətlərinin gərgin olduğu bildirildiyi üçün onun adının “qara siyahı”da olması təəccüblə qarşılanmır. Lakin Alen Simonyan Paşinyanın komandasında ona ən yaxın şəxslərdən biri və ciddi dəstəkçisi hesab olunur. Baş nazirin Simonyana daha aşağı vəzifə planı bu baxımdan ictimaiyyətdə diqqət çəkir.
“Hraparak” Paşinyanın hər iki şəxsi potensial rəqib, gələcəkdə qarşısında durma gücü əldə edə biləcək şəxslər kimi gördüyünü iddia edir.
Əliyar Xəlil
Globalinfo.az