owl detail 620 c44e2e6f1030deec0cabc4429363b429

ABŞ-da yaşayan 44 yaşlı Liz River Yeni il bayramına qədər əlavə gəlir əldə etmək üçün qeyri-adi yola əl atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Need To Know” yayıb.

L.River bildirib ki, daha çox pul qazanmaq üçün öz göz yaşlarını şüşələrdə satmağa qərar verib. Hər şüşənin qiyməti 500 funt sterlinqdir (təxminən 1120 manat):

“Əldə etdiyim gəliri dörd övladım üçün Yeni il hədiyyələrinə xərcləyəcəm. Mən heç vaxt göz yaşlarımı saxlaya bilmirəm. Çox həssas insanam”.

River qeyd edib ki, o, sosial şəbəkədə sifarişlə ağlamağa hazır olduğunu yazıb. Bundan sonra bir kişi 20 dəqiqəlik ağlamaq videosu üçün ona pul ödəyib. Videoda River sadəcə oturub ağlayıb. Həmin şəxs onun göz yaşlarının qaldığı salfetləri alıb. Bu hadisə Riverə öz emosiyalarından gəlir əldə etməklə bağlı ideya verib.

“Hazırda o, yalnız göz yaşlarını şüşələrdə satır, amma gələcəkdə daha kiçik qablar hazırlamağı planlaşdırır”, – nəşr vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: