Yermak zelensk 112

“Andrey Yermak istefa verdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun-uzadı söhbət edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak deyib.

“İşdən çıxarıldıqdan sonra Yermak noyabrın 29-da prezidentin ofisində idi. O, uzun müddət burda qalıb. Yermak və Zelenski təkbətək danışıblar. Yermak sadəcə əşyalarını götürmək üçün orada olmayıb”, – deputat bildirib.

Qeyd edək ki, noyabrın 28-də axşam Zelenski Yermakın istefasını qəbul edib və həmin gün antikorrupsiya rəsmiləri onun mənzilində axtarış aparıblar.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: