1440 Victor Orban Ungarn

ABŞ-ın sülh planı Avropa İttifaqı (Aİ) üçün dönüş nöqtəsi oldu. Biz Kiyevi dəstəkləməklə bağlı öz yanaşmamızı yenidən nəzərdən keçirməliyik”.

Globalinfo.az xəbər ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Vaşinqton sülh danışıqları apararkən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna üçün daha çox pul qazanmağın və müharibəni necə maliyyələşdirməyin yollarını tapmaqla məşğuldur. Brüssel rəhbərliyi üçün həqiqət vaxtı çatdı”, – o bildirib.

Orban ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinə sadiqliyinə inandığını bildirib.

“Aydındır ki, Tramp geri çəkilməyəcək”, – Macarıstanın baş naziri vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: