image 750x 688cc3969250b 1

“Ukraynada korrupsiya qalmaqalı Kiyev hakimiyyətindəki dərin sistem problemləri ilə əlaqədardır”. 

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin səsləndirib.

O qeyd edib ki, Kiyev rejiminin nümayəndələri öz aralarında vəsaitləri bölüşdürə bilmir, korrupsiya isə artıq dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib.

Prezident əlavə edib ki, bu qalmaqal Ukrayna rəhbərliyinin nə iqtisadi sahədə, nə də hərbi sahədə vəziyyətə real nəzarət edə bildiyini göstərir.

Onun sözlərinə görə, baş verənlər Qərbin Kiyevə ayırdığı milyardlarla dolların taleyinin də sual altına düşdüyünü ortaya qoyur.

Tahir Turan
Globalinfo.az

Paylaş: